top of page

Create Your First Project

Start adding your projects to your portfolio. Click on "Manage Projects" to get started

ADO TEATRI

Tarix

2016-2022

Yer

Bakı, Azərbaycan
Tbilisi, Gürcüstan

Leica-nın ev sahibliyi etdiyi müsabiqə üçün binanın damında öpüşən cütlük çəkməli idim və elə o zaman teatrın yaradıcı zehni Elmin Bədəlovla tanış oldum. Sonradan o, yaxın zamanda olacaq teatr tamaşası "AĞ-QARA"-nı çəkməyə dəvət etdi.

Teatr mənim üçün tamamilə yeni bir təcrübə idi və tamaşanın senarisi ilə tanış deyildim. Tamaşanın intensivliyi o qədər heyrətamiz, orijinal və göz qamaşdırıcı idi ki, hərdən çəkiliş etdiyimi unudurdum. Aktyorlar arasında hiss olunan gərginlik, qışqırılar, fiziki mübarizə - bu, əsl davanın ortasında olmağa bənzəyirdi. Bəzən rol oynamaqlarına şübhə ilə yanaşırdım və gördüklərimi beynim reallıqdan ayırd edı bilmirdi. Yaxşı ki, tamaşadan sonra Elmindən bu barədə soruşdum və hər şeyin qurma olduğunu dedi. Sizləri əmin edirəm ki, belə bir təcrübəni heç yerdə yaşaya bilməzsiniz. Beləliklə mən ADO-ya vuruldum.

O gündən etibarən mən ADO Teatrının bəzi tamaşalarına bir neçə dəfə olmaqla bütün premyeralarında müntəzəm iştirak etdim. Son işim 2022-ci ildə Elminin "Yay pozaları" adlı solo küçə tamaşasını sənədləşdirmək oldu. Təəssüf ki, hal-hazırda teatr fəaliyyətini dayandırmışdır.

Elminə, eləcə də bütün istedadlı aktyor və aktrisalara, teatr aləminə olan bu unudulmaz səyahəti bəxş etdiyinə görə ürəkdən minnətdarlığımı bildiririəm.

©2025    ILKINSALIFOV

bottom of page