
İlkin Səlifov 1991-ci il iyunun 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra universitetdə iqtisadiyyat üzrə təhsil alıb. Fotoqrafiyaya olan həvəsini universitet illərində kəşf etməyə başlayıb. 2012-ci ildə o, ilk peşəkar fotoaparatını alıb, 2014-cü ildən isə peşəkar şəkildə fotoqrafiya ilə məşğul olmağa, brendlər üçün şəkillər çəkməyə, müxtəlif tədbirləri lentə almağa, korporativ və reklam çəkilişləri üçün sifarişlər qəbul etməyə başlamışdır.
5 il "ABAD"da məhsul fotoqrafı kimi çalışmışdır. FERRARI, BRITISH PETROLEUM, COCA-COLA, F1 BAKU CITY CIRCUIT, SUMQAYIT TEXNOLOGİYALAR PARKI, ADO TEATRI, LEVI'S, MAVI, JACK&JONES, VERO MODA, GREYDER, ITALDIZAIN, JUMBO və ENGLISH HOME kimi tanınmış brendlərlə əməkdaşlıq edib və etməkdə davam edir.
O, kommersiya fotoqrafiyası ilə məşğul olmasına baxmayaraq, sənətə olan həvəsini qoruyub saxlayır, müxtəlif festival və müsabiqələrdə, o cümlədən "ASAN könüllülər hərəkatı fotoqrafların gözü ilə", "Fotofest 2016 – Çelyabinsk", "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə", "Gürcüstanda Azərbaycan Fotoqrafiya Günləri", "Formula 1 Azərbaycan Qran Prisi 2018/2019/2021", "Georgian Drag 2020" və s. iştirak etmiş, əsərləri bir sıra diplom və sertifikatlarla təltif olunmuşdur.
2019-cu ildə İlkin, "EXORDIUM" adlı ilk fərdi foto sərgisini qürurla təqdim etməklə daha bir uğura imza atdı. Bu təcrübə, onun yaradıcı insan kimi diqqətəlayiq inkişafını nümayiş etdirdi və onun fotoqrafiyaya sevgisinin sübutu oldu. Azərbaycan Fotoqraflar Birliyinin dəyərli üzvü kimi İlkin, özünəməxsus perspektivi ilə başqalarını ruhlandırmaqda və insanlarda güclü duyğular oyatmaqda davam edir. Çəkdiyi fotolar jurnal və kitablarda çap olunmuşdur